Braziliyada Hitlerin "Mənim mübarizəm" əsəri qadağan edilib

Braziliyada Hitlerin "Mənim mübarizəm" əsəri qadağan edilib Braziliyada Rio-de-Janeyro meriyası nasist Almaniyasının rəhbəri, diktator Adolf Hitlerin “Mein Kampf” ("Mənim mübarizəm") adlı kitabının satışını, nəşrini və yayılmasını qadağan edib.
Maraqlı
8 Yanvar , 2022 04:23
Braziliyada Hitlerin Mənim mübarizəm əsəri qadağan edilib

Braziliyada Rio-de-Janeyro meriyası nasist Almaniyasının rəhbəri, diktator Adolf Hitlerin “Mein Kampf” ("Mənim mübarizəm") adlı kitabının satışını, nəşrini və yayılmasını qadağan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Eduardo Paez qanun imzalayıb.

Sənədə əsasən, qadağa bütövlükdə əsərə, onun ayrı-ayrı hissələrinə çap və elektron formada şamil edilir. Qanunu pozanlar kitab satışı lisenziyasının dayandırılması və ya xitam verilməsi, xəbərdarlıq və ya cərimə ilə hədələnib.

Kitabın nəşri və paylanmasına görə 5 min real (təxminən 900 ABŞ dolları) məbləğində cərimə tətbiq edilib.

Qeyd edək ki, "Mein Kampf" A.Hitlerin həyatının, siyasi baxışının və milliyyətçi-sosialist fikirlərinin əks olunduğu kitabdır.

Son xəbərlər

Orphus sistemi