Braziliyada ev heyvanlarına tatuaj etdirmək qadağan edildi

Braziliyada ev heyvanlarına tatuaj etdirmək qadağan edildi Müvafiq dəyişikliklər heyvanların qorunması haqqında regional qanuna edilib
Maraqlı
4 Aprel , 2021 06:51
Braziliyada ev heyvanlarına tatuaj etdirmək qadağan edildi

Braziliyanın Rio de Janeyro ştatının qanunverici məclisi vətəndaşlara ev heyvanlarına tatuaj və pirsinq etdirməyi qadağan edib.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Müvafiq dəyişikliklər heyvanların qorunması haqqında regional qanuna edilib.

Dəyişikliklər qüvvəyə mindikdən sonra qanunu pozanlar 150 min real (26 min ABŞ dollarından çox) cərimələnəcək.

Son xəbərlər

Orphus sistemi