Böyük Britaniya Avropa Birliyi tərkibində son gününü keçirib

Böyük Britaniya Avropa Birliyi tərkibində son gününü keçirib Böyük Britaniya Avropa Birliyində son gününü keçirib.
Maraqlı
31 Yanvar , 2020 07:51
Böyük Britaniya Avropa Birliyi tərkibində son gününü keçirib

Böyük Britaniya Avropa Birliyində son gününü keçirib.

“Report” TASS-a istinadən xəbər verir ki, London vaxtı ilə saat 23:00-da (Bakı vaxtı ilə saat 03:00) Birləşmiş Krallıq rəsmən üzvlüyünü başa vuraraq birliyin tərkibindən çıxıb. Onun Avropa Birliyinə üzvlüyü düz 47 il 31 gün davam edib.

Bundan sonra Avropa Birliyi 27 dövlətdən ibarət olacaq.

“Report” xatırladır ki, Böyük Britaniya 50-ci illərin sonu – 60-cı illərdə Avropa Birliyinə üzvlük üçün bir neçə dəfə müraciət edib. Lakin Fransa, o cümlədən həmin vaxt bu ölkəyə rəhbərlik etmiş Şarl de Qoll (İkinci Dünya Müharibəsində ABŞ Şarl de Qolla deyil, onun rəqibi olan digər generala dəstək verirdi - red) Britaniyanın amerikapərəst siyasət yürütdüyünü əsas gətirərək Londonun müraciətinə iki dəfə “veto” qoyub. Buna görə də Britaniya yalnız 1973-cü ildə birliyə daxil olub.

Son xəbərlər

Orphus sistemi