Bakı. 19 may. REPORT.AZ/ 2025-ci ilə qədər Azərbaycan əhalisinin 57,8%-i şəhərlərdə yaşayacaq.
"Report" xəbər verir ki, bu barədə BMT-nin şəhərlərin inkişafı və urbanizasiya səviyyəsi barədə hesabatında qeyd edilib.
Hesbatda göstərilib ki, hazırda Azərbaycanda əhalinin 54,6%-i (5,25 milyon nəfər) şəhərlərdə yaşayır və 2025-ci ilə qədər bu göstəricinin artaraq 57,8% (5,961 milyon nəfər) təşkil edəcəyi gözlənilir.
Proqnozlara görə, 2025-ci ildə Bakıda 2,818 milyon nəfər yaşayacaq (ümumi şəhər əhalisinin 47,3%-i). Hazırda isə bu rəqəm 2,374 milyon nəfərə bərabərdir.
Qeyd edək ki, 2025-ci ildə dünyanın ən şəhərləşmiş ölkələri Sinqapur, İslandiya, Belçika və Uruqvay olacaq. Dünyanın əhalisi ən sıx olan şəhər isə Tokio olacaq - 37,876 milyon nəfər.