CNN: ABŞ-ın Havay ştatında siqaretləri ancaq 100 yaşlı şəxslər ala biləcək

CNN: ABŞ-ın Havay ştatında siqaretləri ancaq 100 yaşlı şəxslər ala biləcək Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ-ın Havay ştatının qanunverici orqanı olan Leqislatura 2024-cü ilə qədər yaşı 100-dən aşağı olan şəxslərə siqaret satışını tədricən qadağan edən qanun layihəsini nəzərdən keçirir.
Maraqlı
5 Fevral , 2019 02:57
CNN: ABŞ-ın Havay ştatında siqaretləri ancaq 100 yaşlı şəxslər ala biləcək

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ-ın Havay ştatının qanunverici orqanı olan Leqislatura 2024-cü ilə qədər yaşı 100-dən aşağı olan şəxslərə siqaret satışını tədricən qadağan edən qanun layihəsini nəzərdən keçirir.

Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.

Məlumata görə, siqaret satışı mərhələli şəkildə yaşı 100-dən çox olanlara şamil ediləcək.

Yeni qanun layihəsi növbəti ildə siqaretin 30 yaşa qədər olan şəxslərə satışını nəzərdə tutur. Hər sonrakı illərdə siqaretlər ancaq yaşı 40-a, 50-yə və 60-a qədər olan şəxslərə satılacaq. Beləliklə, 2024-cü ildə siqaretləri ancaq 100 yaşlı şəxslər ala biləcək.

Qeyd edilir ki, Havayda tütün satışını nizamlayan ən ciddi qanunlar qüvvədədir. Havay 2016-cı tütünün satışı yaşını 21-ə qədər artıran ilk Amerka ştatı olub. 

Son xəbərlər

Orphus sistemi