ABŞ-ın keçmiş prezidenti Bill Klinton sələfinə corab hədiyyə edib

ABŞ-ın keçmiş prezidenti Bill Klinton sələfinə corab hədiyyə edib Klinton Hyustonda ata Buşa və onun xanımına baş çəkib
Maraqlı
11 Aprel , 2017 08:35
ABŞ-ın keçmiş prezidenti Bill Klinton sələfinə corab hədiyyə edib

Bakı. 11 aprel. REPORT.AZ/ ABŞ-ın sabiq prezidenti Bill Klinton sələfi, ata Corc Buşa corab hədiyyə edib.

"Report"un məlumatına görə, bu barədə B. Klinton özünün "Twitter"dəki mikrobloqunda xəbər verib.

Klinton bildirib ki, o, Hyustonda ata Buşa və onun xanımına baş çəkib. ABŞ-ın keçmiş prezidentləri uşaqlar, nəvələr və keçmiş və indiki günlər haqqında danışıblar.

Məlum olub ki, ata Buş çoxdandır corab kolleksiyası toplayır. O, daha çox rəngli və qeyri-adi corabları yığır. Buna görə də Klinton ona növbəti eksponatı təqdim edib.

Xatırladaq ki, 2013-cü ildə amerikalılar bununla bağlı aksiya keçirmişdilər. Onlar ata Buşun doğum gününə fotolar və rəngli corablar hədiyyə etmişdilər. 

Son xəbərlər

Orphus sistemi