Avstraliyada yumurta boyda dolu yağıb - FOTO - VİDEO

Avstraliyada yumurta boyda dolu yağıb - FOTO - VİDEO Avstraliyanın Kvinslend şəhərində toyuq yumurtası ölçüsündə dolu yağıb.
Maraqlı
158
18 Noyabr , 2019 06:12
Avstraliyada yumurta boyda dolu yağıb - FOTO - VİDEO

Avstraliyanın Kvinslend şəhərində toyuq yumurtası ölçüsündə dolu yağıb.

"Report" xəbər verir ki, bu barədə "7News" telekanalı bildirib.

Telekanalın məlumatına görə, dolu avtomobillərin, evlərin və müəssisələrin şüşələrini sındırıb.

"The Watchers" portalı isə bildirib ki, "nəhəng dolu və dağıdıcı küləklər" haqqında xəbərdarlıq Qrimpi şəhərindən Brisbenin cənub hissəsinə qədər yaşayış məntəqələrinə aid edilib. Belə hadisələrlə Kvinslend ştatının cənubunda Sanşayn-Kostaların rayonununda sakinləri qarşılaşıblar. Bu halda sürəti saniyədə 16 metrə qədər çatan güclü külək ştatın başqa rayonlarında da qeydə alınıb.

ABC telekanalı öz növbəsində bildirib ki, güclü külək ölkənin cənub-şərqində demək olar, 20 min evielektriksiz qoyub.

Son xəbərlər

Orphus sistemi