Avstraliya sahillərində "simasız" balıq tutulub - FOTO

Avstraliya sahillərində "simasız" balıq tutulub - FOTO Balığın gözü yoxdur, ağzı isə başından aşağıda yerləşir
Maraqlı
2 İyun , 2017 04:36
Avstraliya sahillərində simasız balıq tutulub - FOTO
Twitter

Bakı. 2 iyun. REPORT.AZ/ Alimlər Avstraliya sahillərində qeyri-adi "simasız" balıq tutublar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Phys.org" elmi portalı məlumat yayıb.

Latın dilində "Typhlonus nasus" adlanan qeyri-adi dərinsulu balığın gözü yoxdur, ağzı isə başından aşağıda yerləşir. Bu balıq növü ilk dəfə XIX əsrin 70-ci illərində elmi ekspedisiya tərəfindən "Challenger" gəmisində təsvir olunub.

Alimlər təqribən 4 km. dərinlikdə 40 santimetr uzunluğunda nüsxə tutublar.

"Bu, Yerin ən az tədqiq olunan hissəsidir", — deyə nəşr "Investigator" gəmisinin göyərtəsində olan elmi ekspedisiyanın rəhbəri Tim O'Haranın sözlərini sitat gətirib.

Alimlər Avstraliyanın şərq sahillərinə ekspedisiya zamanı minlərlə dəniz orqanizmi tutmağa müvəffəq olublar ki, onların da əksəriyyəti əvvəllər elmə məlum olmayıb.

Son xəbərlər

Orphus sistemi