Avropanın ən uzunömürlü qadını İtaliyada vəfat edib - FOTO

Avropanın ən uzunömürlü qadını İtaliyada vəfat edib - FOTO Avropanın ən uzunömürlü qadını Cüzeppina Robuççi İtaliyada 116 yaşında vəfat edib.
Maraqlı
19 İyun , 2019 04:59
Avropanın ən uzunömürlü qadını İtaliyada vəfat edib - FOTO

Avropanın ən uzunömürlü qadını Cüzeppina Robuççi İtaliyada 116 yaşında vəfat edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Poco-İmperial şəhərinin meri Alfonso D Aloizio məlumat yayıb.

Mer həmyerlisi ilə fəxr etdiyini bildirib. Qeyd edilir ki, Robuççi 1903-cü ildə doğulub. O, Birinci və İkinci Dünya müharibələrinin şahidi olub. Qadının 5 övladı, 9 nəvəsi, 16 nəticəsi var.

Cüzeppina Robuççi yeddi il əvvəl Poco-İmperial şəhərinin fəxri meri adına layiq görülüb. "Peppa" adlandırılan qadın son günlərə qədər özünü yaxşı hiss edib. O, hətta mayda Avropa Parlamentinə seçkilərdə səs də verib.

Qeyd edək ki, Cüzeppina Robuççi Avropanın ən uzunömürlü, planetin ikinci ən qoca qadını sayılırdı.

Yerli mətbuatın yazdığına görə, qadın bir vaxtlar uzunömürlülüyünün səbəbini spirtli içki içməməklə, sağlam qida və Allaha inanmaqla əlaqələndirib.  

Son xəbərlər

Orphus sistemi