Argentinada kitab oğurlayan meksikalı səfir vəzifəsindən istefa verib

Argentinada kitab oğurlayan meksikalı səfir vəzifəsindən istefa verib Argentinada kitab oğurluğunda ittiham edilərək ölkəsinə geri çağırılan Meksikanın bu ölkədəki 76 yaşlı səfiri Oskar Rikardo Valero vəzifəsindən istefa verib.
Maraqlı
23 Dekabr , 2019 08:51
Argentinada kitab oğurlayan meksikalı səfir vəzifəsindən istefa verib

Argentinada kitab oğurluğunda ittiham edilərək ölkəsinə geri çağırılan Meksikanın bu ölkədəki 76 yaşlı səfiri Oskar Rikardo Valero vəzifəsindən istefa verib.

“Report” xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər nazirli Marselo Ebrard özünün “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, diplomat "səhhətində yaranan problemə görə" istefa verib.

“Rikardo Valero böyük şəxsiyyətdir, onu nevroloji müalicə gözləyir. Ona tezliklə sağalmağı arzu edirəm”.

Qeyd edək ki, Meksikanın Argentinadakı səfiri Oskar Rikardo Valero Buenos-Ayresdə mağazadan kitab oğurlayan zaman saxlanılıb. “Ateneo” mağazasının müşahidə kameraları 76 yaşlı diplomatın Cakomo Kazanova haqqında kitabı qəzetə bükərək oğurlamağa çalışmasını qeydə alıblar. O, mühafizəçilər tərəfindən saxlanılaraq polisə təhvil verilib.

Nəticədə səfir ölkəsinə çağırılıb. Valero cari ilin avqustunda Argentinada səfir kimi fəaliyyətə başlayıb. Onun dükandan oğurlamaq istədiyi kitabın qiyməti 750 pesodur (12 dollar).

Son xəbərlər

Orphus sistemi