"Apple" şirkəti bədii filmlər çəkəcək

"Apple" şirkəti bədii filmlər çəkəcək Bakı. 16 noyabr. REPORT.AZ/ Apple şirkəti bədii filmlər çəkəcək.
Maraqlı
16 Noyabr , 2018 03:48
Apple şirkəti bədii filmlər çəkəcək

Bakı. 16 noyabr. REPORT.AZ/ "Apple" şirkəti bədii filmlər çəkəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, "Apple" bu məqsədlə Nyu-Yorkda fəaliyyət göstərən "A24" şirkəti ilə saziş imzalayıb.

CNBC telekanalının yaydığı məlumata görə, hər iki şirkət birlikdə pulsuz kinofilmlər və teleşoular nümayiş etdirəcəklər. Müttəfiq şirkətlərin ilk dövrlərdə pulsuz kinofilmlər və teleşoular nümayiş etdirmələri onların tamaşaçı inamı qazanmaq və böyük auditoriyanı birləşdirməq məqsədi güdür.

Partnyorların birgə layihələrini gələn il reallaşdıracağı bildirilir. Tərəflərin razılaşma şərtləri hələ açıqlanmır.

"A24" şirkəti "Otaq" (2015-ci il), "Emi" (2015), "Ledi Berd" (2017), "Ay işığı" (2016) filmlərini çəkib. "Ay işığı" 2017-ci ildə "Ən yaxşı film", "Ən yaxşı uyğunlaşdırılmış ssenari", "İkinci planda ən yaxşı kişi rolu" nominasiyaları üzrə Oskar mükafatı alıb.  

Son xəbərlər

Orphus sistemi