Antarktidada naməlum enerji mənbəyi aşkar edilib

Maraqlı
  • 22 noyabr, 2018
  • 06:33
Antarktidada naməlum enerji mənbəyi aşkar edilib
Joe Mastroianni/National Science Foundation/Antarctic Photo Library

Bakı. 22 noyabr. REPORT.AZ/ Beynəlxalq tədqiqatçılardan ibarət qrup Antarktidada böyük geotermal şüalanma mənbəyi aşkar edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Science Alert" portalı məlumat verib.

Qeyd olunur ki, mənbə buz qatından üç kilometr dərinlikdə yerləşir və buz plitələrinin əriməsinə səbəb ola bilər.

Tədqiqatın yekun nəticələrinə əsasən, bu ərazidə buz aşağıdan əriyir, ərimiş su isə buzaltı gölə axır.

İstilik mənbəyinin yaranmasının səbəbi hələlik bəlli deyil.

44 - Tezliklə