Bakı. 17 aprel. REPORT.AZ/ Hollandiyanın Amsterdam şəhərində keçirilən Cənazə Sənayesi Sərgisində ilk intihar qurğusu nümayiş etdirilib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "Sarco" adlı bu aparat Hollandiyada hazırlanıb. O, gələcəyin kosmik uçuşlarını xatırladan futuristik dizayndadır.
Qeyd olunur ki, qurğunun ixtiraçıları hollandiyalı dizayner Aleksandr Bannink və uzun illərdir evtanaziyanı qanuniləşdirməyin tərəfdarı olan avstraliyalı fəal Filip Niçkedir.
İxtiraçıların fikrincə, bu qurğu bütün arzu edənlərə həyatdan ağrısız köçməy imkanı verəcək.
Qeyd edək ki, sərgidə yalnız qurğunun maketi nümayiş olunub, lakin istifadəçilər VR-eynəklər geyərək və virtual olaraq qurğunun içərisinə daxil olaraq onu sınaqdan keçiriblər. İxtiraçılar bu modelin ilin sonuna qədər qurulacağına ümid edirlər.