Amerikanın 21 yaşlı sakini 196 ölkəyə səfər edən ən gənc səyahətçi kimi tarixə düşüb - FOTO

Amerikanın 21 yaşlı sakini 196 ölkəyə səfər edən ən gənc səyahətçi kimi tarixə düşüb - FOTO Amerika vətəndaşı, 21 yaşlı Leksi Elford 196 ölkəyə səfər edərək Ginnesin Rekordlar kitabına düşüb.
Maraqlı
6 İyun , 2019 00:17
Amerikanın 21 yaşlı sakini 196 ölkəyə səfər edən ən gənc səyahətçi kimi tarixə düşüb - FOTO

Amerika vətəndaşı, 21 yaşlı Leksi Elford 196 ölkəyə səfər edərək Ginnesin "Rekordlar" kitabına düşüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə UPI məlumat yayıb.

Bununla o, ən çox ölkəyə səfər etmiş ən gənc səyahətçi kimi tarixə düşüb.

Leksi üçün ən çətini Şimali Koreyaya səfər etmək olub. Həmin səfər üçün onun Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya arasında silahsızlaşdırılmış zonada olması hesaba alınıb. Bu, missiyanın final mərhələsi olub.

"Hər şeydən çətini mənə bu yerlərdə olduğumu sübut etmək faktı idi. Hər ölkədən şəhadətnamələri almaq lazım idi, hansılar ki, səfərlər etmişdim: təyyarə biletlərini, pasportdakı möhürləri, yaşama üçün qəbzləri göstərmək, qeydiyyat jurnallarını aparmaq", - deyə səyyah bildirib. 

Leksi Elford səfər etdiyi ölkələri sıra nömrələri ilə işarələyərək onların ərazisində müxtəlif fotolar da çəkdirib. O, özünü "İnstagram"dakı profilində səfər etdiyi ölkələrdən maraqlı fotolar paylaşıb.  

Qeyd edək ki, ondan əvvəl bu göstəriciyə Ceyms Askvit imza atıb. O, dünyada ən çox ölkə gəzmiş ən gənc səyyah hesab olunurdu. Ceyms Askvitin 24 yaşı var. 

Lexie Alford (@lexielimitless) * Instagram photos and videos

82.5k Followers, 357 Following, 382 Posts - See Instagram photos and videos from Lexie Alford (@lexielimitless)

Son xəbərlər

Orphus sistemi