Azərbaycanlı alim: “Siqaret çəkənlərin koronavirusa yoluxma riskinin az olması ilə bağlı fikirlər əsassızdır” - YENİLƏNİB

Azərbaycanlı alim: “Siqaret çəkənlərin koronavirusa yoluxma riskinin az olması ilə bağlı fikirlər əsassızdır” - YENİLƏNİB Azərbaycanlı alim, tibb üzrə fəlsəfə doktoru, ölkənin baş infeksionisti Cəlal İsayev siqaret çəkənlərin koronavirusa yoluxma riskinin aşağı olması ilə bağlı fikirləri əsassız hesab edir.
Maraqlı
12 Mart , 2020 17:35
Azərbaycanlı alim: “Siqaret çəkənlərin koronavirusa yoluxma riskinin az olması ilə bağlı fikirlər əsassızdır” - YENİLƏNİB
pexels.com

Azərbaycanlı alim, tibb üzrə fəlsəfə doktoru, ölkənin baş infeksionisti Cəlal İsayev siqaret çəkənlərin koronavirusa yoluxma riskinin aşağı olması ilə bağlı fikirləri əsassız hesab edir. 

O, “Report”a açıqlamasında bildirib ki, əksinə, siqaret çəkənlərin bu virusa yoluxma ehtimalı daha yüksəkdir.

C.İsayev qeyd edib ki, tütündən istifadə edən şəxslər bu virusu ağır keçirə bilər: “Siqaret çəkmək əsasən ağciyərlərə mənfi təsir edir. Siqaretin tək xeyiri insanı qocalmağa qoymur, çünki tez öldürür”.


*** 11:02

Siqaret çəkən insanların koronavirusa yoluxma riski çəkməyənlərdən dəfələrlə azdır.

“Report” “Federal Press”ə istinadən xəbər verir ki, koronavirusla bağlı araşdırma aparan alimlər bu qənaətə gəliblər.

Məlumata görə, Uhan xəstəxanalarının birində müayinə edilən koronavirusa yoluxmuş 140 şəxsdən yalnız 2-sinin siqaret çəkdiyi məlum olub. Bu isə bütün qrupdan 1,4% təşkil edir. Yəni, ilkin nəticələrə görə, siqaret çəkən insanların virusa yoluxma təhlükəsi 20 dəfə azdır.

Eyni zamanda mütəxəssislər qeyd edirlər ki, koronavirusa yoluxma riski zonasında olanlar əsasən şəkər xəstəsi və ürək problemləri olan insanlardır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 124 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 126 380-ə çatıb. Bunların 68 313 nəfəri sağalıb, 4 635 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi