​Alimlər insanların yayda az yatmasının səbəblərini müəyyən ediblər

​Alimlər insanların yayda az yatmasının səbəblərini müəyyən ediblər İnsanlar yayda təqribən 5,5, qışda isə 7,5 saat yatırlar
Maraqlı
1810
29 İyul , 2016 01:48
​Alimlər insanların yayda az yatmasının səbəblərini müəyyən ediblər

Bakı. 29 iyul. REPORT.AZ/ Britaniyalı alimlər insanın yay fəslində tam yuxusunu alması üçün yatmalı olduğu vaxtın müddətini müəyyən ediblər.

"Report" xəbər verir ki, ingiltərəli sosioloqlar respondentlər arasında aparılan sorğu nəticəsində müəyyən ediblər ki, ilin isti vaxtlarında yuxu ilə bağlı problemlər sorğulananların 93%-də müşahidə olunur.

Respondentlərin hamısı etiraf edib ki, onlar məhz yayda nisbətən az yatırlar.

"İnsanlar yayda təqribən 5,5, qışda isə 7,5 saat yatırlar. Buna isti, geniş əyləncə seçimi və spirtli içki qəbulunun artması səbəb olur. Bundan əlavə, yatmağa həşəratlar, səhərin tez açılması və ya havadakı toz mane ola bilər", — deyə tədqiqatçılar bildiriblər.

Son xəbərlər

Orphus sistemi