Albert Eynşteynin irqçi ifadələri dərc edilib

Maraqlı
  • 14 iyun, 2018
  • 11:27
Albert Eynşteynin irqçi ifadələri dərc edilib
Doreen Spooner/Getty Images

Bakı. 14 iyun. REPORT.AZ/ ABŞ-ın Prinston Universiteti ilk dəfə Albert Eynşteynin müxtəlif millətlər haqqında irqçi ifadələr işlətdiyi səyahət qeydlərini dərc edib.

"Report" "Guardian"a istinadən xəbər verir ki, bunları A.Eynşteyn ötən əsrin 20-ci illərinin əvvəlində Asiyaya səfəri zamanı qələmə alıb.

Məsələn, Eynşteyn çinliləri çalışqan, səliqəsiz, axmaq insanlar kimi təsvir edib. O qeyd edib ki, çinlilər yemək yeyən zaman avropalıların meşədə təbii ehtiyaclarını ödədiyi kimi - çömbələrək oturur. Çinlilər barədə danışan zaman Eynşteyn yazıb: "Çinlilər digər xalqları sıxışdırarsa, üzücü olacaq".

Seylon xalqını müşahidə edən fizik yerli sakinlərin böyük palçıqda və güclü üfunətdə yaşadıqlarını yazıb: "Onlar az işləyirlər və çox şey tələb etmirlər".

Eynşteynin ən yaxşı sözləri isə yaponlara aid olub. O, yaponları təvazökar, əxlaqlı, çox cazibədar insanlar kimi təqdim edib.

The Hebrew University of Jerusalem and the Morgan Library & Museum

Son xəbərlər

Bütün Xəbər Lenti