Aktyor Karlo Delle Pyane vəfat edib - FOTO

Aktyor Karlo Delle Pyane vəfat edib - FOTO
Maraqlı
24 Avqust , 2019 06:54
Aktyor Karlo Delle Pyane vəfat edib - FOTO

İtalyan aktyoru Karlo Delle Pyane vəfat edib.

Bu barədə "Report" ANSA agentliyinə istinadən xəbər verir.

Məlumata görə, o, Romada 83 yaşında dünyasını dəyişib. Aktyorun həyat yoldaşı bildirib ki, Karlo Delle Pyane bu yaxınlarda aktyor karyerasının 70 illiyini qeyd edib. O, Alberto Sordi, Vittorio De Sika, Toto, Pupi Avati kimi rejissorlarla işləyib.

Karlo Delle Pyane - "Tələbə yürüşü" filmində ("Una gita scolastica", 1983-cü il) yaratdığı uğurlu rola görə "Qızıl qlobus" mükafatı və Venesiya kino festivalının Pazinetti mükafatı laureatı olub. O, həmçinin "Milad hədiyyəsi" filmində ("Regalo di Natale", 1986-cı il) uğurlu roluna görə "Gümüş aslan" mükafatı qazanıb.