ABŞ sakini bankı soyaraq ələ keçirdiyi pulları küçəyə səpib - VİDEO

ABŞ sakini bankı soyaraq ələ keçirdiyi pulları küçəyə səpib - VİDEO ABŞ-da qeyri-adi bank soyğunçuluğu baş verib.
Maraqlı
25 Dekabr , 2019 04:01
ABŞ sakini bankı soyaraq ələ keçirdiyi pulları küçəyə səpib - VİDEO

ABŞ-da qeyri-adi bank soyğunçuluğu baş verib.

Bu barədə "Report" "Hill" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, hadisə Kolorado ştatının Kolorado-Sprinqs şəhərində baş verib. Bir nəfər bankı soyub, sonra küçəyə qaçaraq qarət etdiyi pulları havaya səpərək "Milad bayramınız mübarək", - deyib.

Hadisəni törədən şəxsin 65 yaşlı Devid Oliver olduğu müəyyənləşdirilib. Şahidlərdən biri KKTV telekanalına deyib ki, bayram arzularından sonra soyğunçu yaxınlıqdakı qəhvəxanaya gedib.

O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Polisin məlumatına görə, Devid Oliver tutulma zamanı müqavimət göstərməyib. Onun üzərində silah aşkarlanmayıb. Hadisə şahidləri nəşrə bildirib ki, yoldan keçənlər soyğunçu tərəfindən səpələnən pulları yığaraq əskinasları banka qaytarıblar.

Bankdan qarət edilən pulun məbləği açlqlanmır. Bununla belə, polis çavuşu Cim Ceffokat hadisə nəticəsində "minlərlə dollar"ın itdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi