ABŞ-da uçan naməlum obyektlərlə (UNO) bağlı müzakirələrə ölkənin keçmiş prezidenti Barak Obama da qatılıb.
“Repor” xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb.
“Tam olaraq görünən obyektin necə hərəkət etdiklərini və istiqamətlərini bilmirik. Asan açıqlana biləcək bir marşrutları da yoxdur. İnsanlar hələ də bu işin araşdırlmasına əhəmiyyət verirlər. Ancaq bu gün sizə söyləyə biləcək başqa bir fikrim də yoxdur”, - B.Obama bildirib.
Məlumata görə, 2015-ci ildə ABŞ hərbi dəniz donanması tərəfindən “FLIR1” adı verilən və göydə hərəkət edən bir cism qeydə alındığı bildirilib. Atlantik okeanı üzərində 35 min fut yüksəklikdə üçbucaqlı bir obyekt Pentaqon tərəfindən naməlum uçan nəsnə olaraq təsdiqlənib.
Məsələ ilə bağlı yayılan 3 videodan birinin 2004, ikisinin isə 2015-ci ilə aid olduğuna dair məlumat yayılıb. Bir müddət əvvəl ABŞ-ın Müdafiə Nazirliyinin 2007-2012-ci illər arasında uçan naməlum obyektlərin identifikasiyası proqramını maliyyələşdirdiyi bildirilmişdi.