Amerikalı alimlər hesab edir ki, atmosfera atlan karbon qazlarının miqdarı azalsa belə, 2050-ci ilə qədər ölkə ətrafındakı suyun səviyyəsi 25-30 sm artacaq.
“Report” xəbər verir ki, proqnoz ABŞ-ın Milli Okean və Atmosfer Təhqiqatları İdarəsinin hesabatında yer alıb.
Məlumata görə, növbəti 30 ildə ABŞ-ın kontinental ərazisində dəniz səviyyəsi son 100 ildə olduğu qədər yüksələ bilər. Alimlər həmçinin deyirlər ki, dəniz səviyyəsinin qalxması daha çox daşqınlara səbəb olacaq. Beləliklə, böyük daşqınların tezliyi beş dəfə, orta səviyyədə isə on dəfədən çox arta bilər.
Mütəxəssislər vurğulayırlar ki, bu proqnozlar atmosferə karbon qazı emissiyalarını azaltmaq üçün tədbirlərin görülməsini nəzərdə tutur. Əgər tədbir görülməsə, 21-ci əsrin sonuna qədər dəniz səviyyəsi 2 metrdən çox yüksələ bilər.