Bakı. 30 noyabr. REPORT.AZ/ ABŞ-ın Konnektikut ştatında birmühərrikli təyyarə avtomobil yoluna qəzalı eniş edib.
"Report" xəbər verir ki, təyyarə əvvəlcə Hartford Breinard hava limanına enmək istəyib.
Lakin mühərrikdə yaranan nasazlıq səbəbindən pilot avtobus zolağına enmək qərarına gəlib.
Təxminən 30 qallon yanacaq daşıyan təyyarənin göyərtəsində yalnız pilot olub.