ABŞ-da 2020-ci ilin əsas rəngi açıqlanıb

ABŞ-da 2020-ci ilin əsas rəngi açıqlanıb ABŞ-ın Pentoun Rəng İnstitutunun (Pantone Color Institute) mütəxəssisləri 2020-ci ilin əsas rəngini müəyyənləşdiriblər.
Maraqlı
5 Dekabr , 2019 15:05

ABŞ-ın Pentoun Rəng İnstitutunun (Pantone Color Institute) mütəxəssisləri 2020-ci ilin əsas rəngini müəyyənləşdiriblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu, klassik göy rəng olacaq.

Qeyd edək ki, "Pantone Color Institute" rəng və onun müxtəlif sahələrə (moda, poliqrafiya, interyer dizaynı, reklam, kino və s.) təsiri ilə eksperimental iş aparan "Pantone" şirkətinin tədqiqat mərkəzidir.

İnstitutun məlumatında deyilir ki, göy rəngin əbədi və dəyişməz çaları olan "Pantone 19-4052 Classic Blue" sadəliyi ilə gözəldir, sakitlik rəngi qəbul edilən bu çalar insan ruhuna sülh və əmin-amanlıq hissi verir.

Amerikalı mütəxəssislər qeyd edirlər ki, klassik göy rəng daimilik və əminlik ifadə edir, həmişə etibar edə biləcəyimiz təmiz və etibarlı rəngdir.

Qeyd edək ki, "Pantone Color Institute" 2000-ci ildən bəri əsas rəngi müəyyənləşdirir. Təşkilatın versiyasına görə, 2019-cu ilin rəngi narıncının "16-1546 Living Coral" çaları olub.

Son xəbərlər

Orphus sistemi