Bakı. 21 yanvar. REPORT.AZ/ 13 yaşlı Sübham Banerje görmə qabiliyyətini itirənlər üçün daha ucuz qiymətə başa gələn qabarıq mətn yazan aparat hazırlayıb. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Dünyanın ən maraqlı hadisəsi Amerikada baş verib. Yeni aparatının patentini alan uşağın sahibkarlıq şirkətinə dünyanın ən məşhur "İntel" şirkəti investisiya yatırıb.
Gənc sahibkar bu cür aparatın 2 min dollar dəyərində olduğunu deyib. O isə hədəfinin daha ucuz qiymətə, yəni 350 dollar civarında olan aparat düzəldib satmaq olduğunu bəyan edib.
Azyaşlı sahibkar qurduğu şirkətin icraçı direktoru olması üçün yaşının çatmadığını deyərək bildirib ki, bu səlahiyyəti onun anası Malini icra edir.
Oğlunun uğuru ilə qürur duyduğunu deyən Malini Sübham əlavə edib ki, övladının düşündüyü bu ixtira yaşlı nəsil tərəfindən icad olunmalı idi, lakin bu fikir 13 yaşındakı bir uşaqdan çıxdı.