Ziyad Səmədzadə: "Uçot dərəcəsinin azaldılmasının tərəfdarıyıq"

Ziyad Səmədzadə: "Uçot dərəcəsinin azaldılmasının tərəfdarıyıq" Bakı. 13 fevral. REPORT.AZ/ Hazırda Azərbaycanda bütün büdcə daxilolmalarında sadələşdirilmiş verginin payı 0,8%, vergi daxilolmalarında isə bu 4-5%-dir. 
Maliyyə
13 Fevral , 2018 10:40
Ziyad Səmədzadə: Uçot dərəcəsinin azaldılmasının tərəfdarıyıq
Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə / Report/ Firi Salim

Bakı. 13 fevral. REPORT.AZ/ Hazırda Azərbaycanda bütün büdcə daxilolmalarında sadələşdirilmiş verginin payı 0,8%, vergi daxilolmalarında isə bu 4-5%-dir. 

"Report" xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər, şəffadlıq, inkişaf" adlı konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Ziyad Səmədzadə deyib. 

O, ölkədə vergi uçotunun təkmilləşdirilməsini təklif edib: "Necə olur ki, eyni məhsulun rentabelliyi bir yerdə 18%, digər yerdə isə 2%-dir".

Komitə sədri Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini azaltmasını müsbət qarşıladıqlarını da deyib: "Uçot dərəcəsinin azaldılmasının tərəfdarıyıq. Pul kütləsi o zaman sıxılmalıdır ki, inflyasiya aşıb-daşsın. Amma indi uçot dərəcəsi azaldılmalıdır ki, iqtisadi aktivlik yaransın".

Son xəbərlər

Orphus sistemi