Yuxarı

Ziyad Səmədzadə: "Kommersiya bankları real sektora üstünlük verməlidir"

İpoteka kreditlərinin əsas hissəsinin regionlara yönəldilməsi təklif olunur

Bakı. 10 fevral. REPORT.AZ/ Kommersiya bankları kreditləşmədə real sektora üstünlük verməlidir, ipoteka kreditlərinin isə böyük hissəsi regionlara yönəltməlidir. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadənin sözlərinə görə, hazırda real sektorda kredit faizlərinin azaldılması gündəmdə olan məsələdir.

Komitə sədri deyib ki, 2016-cı ilin dövlət büdcəsinə dəyişiklikl\rlə bağlı layihənin tezliklə parlamentə təqdim edilməsi gözlənilir: "Rəqabət Məcəlləsinin layihəsi bir neçə il öncə gündəmə gəlib və bununla bağlı işlər gedir. Bəzi mübahisəli məslələr var və onlar həll ediləndən sonra Məcəllə qəbul ediləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi