“Zıraat Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfədən çox artıb

“Zıraat Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfədən çox artıb “Zıraat Bank Azərbaycan” ASC 2019-cu ili 3,143 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
24 Yanvar , 2020 18:04
“Zıraat Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfədən çox artıb

“Zıraat Bank Azərbaycan” ASC 2019-cu ili 3,143 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 2,3 dəfə çoxdur.

Ötən il “Zıraat Bank Azərbaycan”ın gəlirləri 21,284 milyon manat (illik müqayisədə 11,2% çox), xərcləri 13,679 milyon manat (13,6% çox), xüsusi ehtiyatlara ayırmaları 3,669 milyon manat (32,1% az), mənfəət vergisi ödəmələri isə 792 min manat (2,5 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Zıraat Bank Azərbaycan”ın aktivləri 253,491 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,2% çoxdur. Bunun 142,022 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 38,6% böyüyüb.

Hesabat dövründə “Zıraat Bank Azərbaycan”ın öhdəlikləri 13,6% artaraq 182,296 milyon manata, o cümlədən depozit portfeli 6,5% artaraq 85,641 milyon manata, balans kapitalı isə 5,6% artaraq 71,195 milyon manata çatıb.

Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi