"Ziraat Bank (Azerbaijan)” manat əmanətlərini kəskin ucuzlaşdırıb

"Ziraat Bank (Azerbaijan)” manat əmanətlərini kəskin ucuzlaşdırıb Bakı. 29 iyul. REPORT.AZ/ “Ziraat Bank (Azerbaijan)” manatla qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini kəskin azaldıb.Bu barədə “Report” Banka...
Maliyyə
29 İyul , 2017 10:30
Ziraat Bank (Azerbaijan)” manat əmanətlərini kəskin ucuzlaşdırıb

Bakı. 29 iyul. REPORT.AZ/ “Ziraat Bank (Azerbaijan)” manatla qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini kəskin azaldıb.

Bu barədə “Report” Banka istinadən xəbər verir.

Əgər indiyə qədər “Ziraat Bank (Azerbaijan)” milli valyutada 1 il müddətinə qəbul etdiyi əmanətlərə görə 15% dividend ödəyirdisə, hazırda gəlirlilik göstəricisi faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 8,5-9%-dir.

Bankın ABŞ dolları və avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur.

Xatırladaq ki, "Zıraat Bank (Azerbaijan)" ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 000 manat olan 50 min səhm əsasında formalaşıb. Səhmlərin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi