“Ziraat Bank (Azerbaijan)”ın Müşahidə Şurasının tərkibi tam yenilənib

“Ziraat Bank (Azerbaijan)”ın Müşahidə Şurasının tərkibi tam yenilənib Qurumun üzvlərinin sayı 5-dən 3-ə endirilib
Maliyyə
23 Sentyabr , 2017 11:59
“Ziraat Bank (Azerbaijan)”ın Müşahidə Şurasının tərkibi tam yenilənib

Bakı. 23 sentyabr. REPORT.AZ/ “Ziraat Bank (Azerbaijan)” ASC-nin Müşahidə Şurasının (MŞ) tərkibi tam şəkildə yenilənib. 

“Report” xəbər verir ki, indiyə qədər MŞ-ya rəhbərlik edən Ömer Baktırın yerinə Özdilek Peyami Ömer Sabri təyin edilib. 

MŞ sədrinin müavini Bilgehan Kurunu isə Bakir Nurullah Ali Ulvi əvəz edib. 

İndiyə qədər MŞ-nın üzvləri olmuş Ayçe Şule Gürleyik, Ali Taşdemir və Taha Çakmak da vəzifələrindən azad edilib və onların yerinə yalnız Pişmaf Ferhat Celal seçilib. Başqa sözlə, qurumun üzvlərinin sayı 5-dən 3-ə endirilib. 

Xatırladaq ki, "Ziraat Bank (Azerbaijan)" ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Ziraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi