"Ziraat Bank Azerbaijan"ın mənfəəti artıb

"Ziraat Bank Azerbaijan"ın mənfəəti artıb Bankın aktivləri illik müqayisədə 66% artıb
Maliyyə
28 İyul , 2016 11:38
Ziraat Bank Azerbaijanın mənfəəti artıb

Bakı. 28 iyul. REPORT.AZ/ "Ziraat Bank Azerbaijan" ASC cari ilin birinci yarısında 3 494,9 min manat mənfəət əldə edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 dəfə çoxdur.

Bununla belə, Banklın cari ilin rübündə mənfəət birinci rüblə müqayisədə azalıb. Belə ki, I rübdə mənfəət 1 995,24 min manat idisə, II rübdə bu, 1 499,65 min manat olub. 

Cari ilin birinci yarısında Bankın gəlirləri 5 982,86 min manat, xərcləri 2 693,61 min manat təşkil edib. Hesabata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlər və xərclərdə 3,4 dəfə artım qeydə alınıb.

Bankın aktivləri illik müqayisədə 65,6% artaraq cari il iyulun 1-nə 112 978,1 min manata, kredit portfeli 28 626,79 min manata çatıb. Kreditlərin 7 099,13 min manatı xarici valyutada verilib. Hesabat dövründə depozit portfeli 34,1 min manatdan 26 889,22 min manata yüksəlib. 

"Ziraat Bank Azerbaijan” ASC Azərbaycan Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş lisenziya əsasında fəaliyyətə başlayıb. Bank üç səhmdardan ibarət olmaqla ASC formasında təsis edilib. Bundan, 99,98% səhm "T.C.Ziraat Bankası", 0,01% "Ziraat Sigorta" və 0,01% "Ziraat Yatırım Menkul Değerler A.Ş."-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi