“Ziraat Bank (Azerbaijan)”ın aktivləri 41% artıb

“Ziraat Bank (Azerbaijan)”ın aktivləri 41% artıb Bakı. 18 yanvar. REPORT.AZ/ “Ziraat Bank (Azerbaijan)” ASC-nin aktivləri bu il yanvarın 1-nə 186,666 mln. manat təşkil edib.
Maliyyə
18 Yanvar , 2018 18:51
“Ziraat Bank (Azerbaijan)”ın aktivləri 41% artıb

Bakı. 18 yanvar. REPORT.AZ/ “Ziraat Bank (Azerbaijan)” ASC-nin aktivləri bu il yanvarın 1-nə 186,666 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 41,2% çoxdur.

“Ziraat Bank (Azerbaijan)”ın aktivlərinin 67,861 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2017-ci ildə Bankın kredit portfeli 24,1% böyüyüb.

Hesabat dövründə “Ziraat Bank (Azerbaijan)”ın cəmi öhdəlikləri 68,75% artaraq 120,77 mln. manata, o cümlədən depozit portfeli 2,1 dəfə artaraq 80,128 mln. manata çatıb. Bunun 41,262 mln. manatı fiziki şəxslərin, 38,867 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Ötən il əhalinin Bankdakı əmanətləri 88,35%, şirkətlərin Bankdakı vəsaitləri isə 2,4 dəfə artıb.

İl ərzində kredit təşkilatının cəmi kapitalı isə 8,7% artaraq 65,896 mln. manat olub.

2017-ci ildə “Ziraat Bank (Azerbaijan)”ın faiz gəlirləri 11,776 mln. manat (2016-cı ilə nisbətən 44,8% çox), faiz xərcləri 3,207 mln. manat (təxminən, 2 dəfə çox), qeyri-faiz gəlirləri 4,192 mln. manat (29,3% az), qeyri-faiz xərcləri isə 6,505 mln. manat (49,7% çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 6,256 mln. manat olub ki, bu da illik müqayisədə 23,05% azdır.

Ötən il “Ziraat Bank (Azerbaijan)” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına əvvəlki illə müqayisədə 2,8 dəfə çox – 1,231 mln. manat vəsait ayırıb, 962 min manat (44,7% az) isə mənfəət vergisi ödəyib. Bununla da, “Ziraat Bank (Azerbaijan)” 2017-ci ili 4,063 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 31,9% azdır.

Xatırladaq ki, "Zıraat Bank (Azerbaijan)" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 000 manat olan 50 min səhm əsasında formalaşıb. Səhmlərin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi