“Ziraat Bank (Azerbaijan)”ın aktivləri 32% artıb

“Ziraat Bank (Azerbaijan)”ın aktivləri 32% artıb Bakı. 14 aprel. REPORT.AZ/ “Ziraat Bank (Azerbaijan)” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 151,084 mln. manat təşkil edib.“Report” Bankın mali...
Maliyyə
14 Aprel , 2017 15:23
“Ziraat Bank (Azerbaijan)”ın aktivləri 32% artıb

Bakı. 14 aprel. REPORT.AZ/ “Ziraat Bank (Azerbaijan)” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 151,084 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 31,5% çoxdur.

“Ziraat Bank (Azerbaijan)”ın aktivlərinin 36,3%-ni və yaxud 54,832 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 2,7 dəfə böyüyüb.

Hesabat dövründə “Ziraat Bank (Azerbaijan)”ın cəmi öhdəlikləri 52,1% artaraq 89,42 mln. manat, o cümlədən depozit portfeli 2,5 dəfə artaraq 48,047 mln. manata çatıb. Bunun 20,807 mln. manatını fiziki şəxslərin müddətli depozitləri təşkil edib ki, bu da illik müqayisədə 2 dəfə çoxdur.

“Ziraat Bank (Azerbaijan)”ın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi olmayıb.

İl ərzində kredit təşkilatının cəmi kapitalı isə 9,9% artaraq 61,664 mln. manata çatıb. 

Bu ilin I rübündə “Ziraat Bank (Azerbaijan)”ın faiz gəlirləri 2,328 mln. manat (2016-cı ilin eyni dövrünə nisbətən 10,4% çox), faiz xərcləri 683 min manat (83,6% çox), qeyri-faiz gəlirləri 1,026 mln. manat (7,4% çox), qeyri-faiz xərcləri isə 1,243 mln. manat (49,4% çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 1,428 mln. manat olub ki, bu da illik müqayisədə 23,1% azdır.

“Ziraat Bank (Azerbaijan)” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 90 min manat yönəldib və rübü 1,338 mln. manat xalis mənfəətlə başa vurub. Bu da 2016-cı ilin 1-ci rübünə nisbətən 32,9% azdır.

Xatırladaq ki, "Zıraat Bank (Azerbaijan)" ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 000 manat olan 50 min səhm əsasında formalaşıb. Səhmlərin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi