Yuxarı
    Bağlamaq

    "Zaminbank" müflis elan edilib

    Başak İnam Sığorta Bankın şirkətdəki payını ləğvediciyə ödəyəcək

    Bakı. 4 oktyabr. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Zaminbank” ASC məhkəmə qərarı əsasında müflis elan edilib.

    “Report” xəbər verir ki, bu barədə bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov keçirdiyi mətbuat konfrasında bildirib.

    Onun sözlərinə görə, bank müflis olmazdan əvvəl onun nizamnamə kapitalında 1,7 mln. manatlıq pay sahibi olduğu “Başak İnam Sığorta” ASC-nin digər səhmdarlarına həmin məbləği şirkətin “Zaminbank”dakı hesabında olan eyni məbləğlə əvəzləşdirmək təklif olunub. 

    “Amma bankın öhdəliklərinin yerinə yetirilməsini tezləşdirmək üçün onu müflis elan etdirdik və vəziyyət dəyişdi. İndi sığorta şirkəti həmin məbləği bizə məcburi ödəməlidir”, - deyə A.Cavadov qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi