​"Zaminbank"da problemli kreditlərin həcmi azalıb

​"Zaminbank"da problemli kreditlərin həcmi azalıb Bankın kredit portfelinin 87%-i xarici valyutanın payına düşür
Maliyyə
22 May , 2015 15:09
​Zaminbankda problemli kreditlərin həcmi azalıb

Bakı. 22 may. REPORT.AZ/ "Zaminbank" ASC-nin aktivləri 2015-ci ilin əvvəli ilə müqayisədə 13,72% artaraq cari ilin aprelin 1-nə 513,9 mln. manata çatıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, hesabat dövrünün sonuna bankın nağd vəsaitləri 4,5 mln. manat təşkil edib ki, bunun da 1,8 mln. manatı xarici, 2,7 mln. manatı milli valyutanın payına düşüb.

Kredit portfeli ilin əvvəli ilə müqayisədə 3,62% artaraq aprelin 1-nə 331,0 mln. manata yüksəlib. Kredit portfelinin 12,74%-i və ya 42,2 mln. manatı milli, 87,26%-i və ya 288,8 mln. manatı xarici valyutada verilib.

Hesabat dövründə istehlak kreditləşməsi 28,17% artaraq 219 mln. manata yaxınlaşıb.

Cari il aprelin 1-nə bankın kredit portfelinin 3,84%-nin və ya 12,7 mln. manatının ödəniş vaxtı keçib. İlin əvvəli ilə müqayisədə problemli kreditlərin həcmində azalma müşahidə edilib. Nəticədə ilin əvvəlindən problemli kreditlərin həcmi 10,6% azalıb.

Depozit portfelinin həcmi ilin əvvəlindən 133,3% artaraq 101,3 mln. manata çatıb. Depozit portfelinin 54,65%-i və ya 55,4 mln. manatı xarici, 45,4%-i və ya 45,9 mln. manatı milli valyutada yerləşdirilib. Əhalinin əmanətlərini həcmi isə 95,0 mln. manat təşkil edib ki, bunun da 40,6 mln. manatı və ya 42,8%-i milli, 54,4 mln. manatı və ya 57,2%-i xarici valyutanın payına düşür.

Qeyd edək ki, cari il aprelin 1-nə "Zaminbank"ın nizamnamə kapitalı 52,2 mln. manat, məcmu kapitalı 57,3 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi