Yuxarı

​Ötən ay yol qəzasında ölənlərin yaxınlarına 100 min manat verilib

Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqlarının məbləği 35,7% artıb

Bakı. 02 fevral .REPORT.AZ/ Bu ilin yanvar ayında 65 933 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.

"Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, bunların 16,7 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,1 milyon manata yaxın olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 30,3%, sığorta haqlarının məbləğində 35,7% artım müşahidə edilib.

Məlumata əsasən, 2015-ci ilin yanvar ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 718 sığorta tələbi üzrə 1 954 193 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Ödənişlərin 1 743 769 manatı nəqliyyat vasitəsinə dəyən zərər üzrə, 56 424 manatı əmlaka dəyən zərər üzrə, 54 min manatı sağlamlığa dəyən zərər üzrə, 100 min manatı şəxsin ölümü üzrə sığorta ödənişlərinin payına düşüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi