Yuxarı
    Bağlamaq

    Yaxın üç ildə Rusiyada daha 200 bankın bağlanması gözlənilir

    Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün Rusiya Bankı (Mərkəzi Bank) daha bir bankın - "Severnıy Kredit"in lisenziyasını ləğv edib.

    "Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, ekspertlərin fikrincə, yaxın 2-3 il ərzində ölkədə daha 200-ə yaxın bankın bağlanacağı gözlənilir. Qeyd edək ki, "Interfax" agentliyinin bank renkinqində "Severnıy Kredit" 247-cı sırada yer alıb.

    Rusiya Bankının rəhbəri Elvira Nabiullina bank lisenziyalarının daha sürətlə ləğv ediləcəyini bildirib. 

    Xatırladaq ki, 2008-ci ildə Rusiyada 1 100 bank fəaliyyət göstərsə də, hazırda onların sayı 500-dən azdır. Rusiya Bankı 2013-cü ildən etibarən bank sektorunu aktiv şəkildə təmizləməyə başlayıb. 2013-cü ildə 32, 2014-cü ildə 86, 2015-ci ildə 93, 2016-cı ildə 97, 2017-ci ildə isə 50-dən çox bankın lisenziyası əlindən alınıb. Ekspertlər 2018-ci ildə də prosesin davam edəcəyini, 2020-ci ilə qədər sektorda 300 kredit təşkilatının qalacağını proqnozlaşdırırlar. 

    "Fitch" beynəlxalq reytinq agentliyinin analitiki Aleksandr Danilovun sözlərinə görə, "bəzi banklar lisenziyasını itirəcək və ləğv olunacaq, iri banklar isə lazım gəldikdə xilas edilərək konsolidasiya fondu tərəfindən qorunacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi