Yaponiyanın "Nikkei" indeksi 3,2 faiz aşağı düşüb

Yaponiyanın "Nikkei" indeksi 3,2 faiz aşağı düşüb Bu, ABŞ fond indeksləri katirovkalarının kəskin azalması ilə əlaqəlidir
Maliyyə
9 Fevral , 2018 05:33
Yaponiyanın Nikkei indeksi 3,2 faiz aşağı düşüb

Bakı. 9 fevral. REPORT.AZ/ Tokio fond birjasının əsas indeksi sayılan "Nikkei" 3,2 faiz azalaraq 21 208 bənd təşkil edib.

“Report” xəbər verir ki, bu, keçirilən hərracların nəticəsində məlum olub.

"Nikkei" indeksinin hərracların ilk 15 dəqiqəsində bu cür düşməyi Amerika fond indeksləri katirovkalarının kəskin azalması ilə bağlıdır.

Bundan əvvəl, Amerikanın sənaye fond indeksi "Dow Jones" 1032 bənd düşərək 23 860 bənd təşkil edib.

Həmçinin "NASDAQ" və "S&P 500" indekslərinin də düşdüyü məlumat verilib.

Son xəbərlər

Orphus sistemi