Yuxarı
    Bağlamaq

    Yaponiya şirkəti "Brexit"ə görə əməliyyatlarını Frankfurta köçürür

    Britaniya hökuməti maliyyə sektorunu qorumaq üçün hərəkətə keçib

    Bakı. 22 iyun. REPORT.AZ/ Yaponiyanın ən böyük broker şirkəti olan "Nomura Holdings" Britaniyanın Avropa İttifaqından çıxması səbəbindən mərkəz ofisini Frankfurta köçürməyi planlaşdırır. 

    "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar şirkət 100-ə yaxın işçisini Londondan çıxaracaq. Qeyd edək ki, "Nomura" "Brexit" səbəbindən ofisini Britaniyadan çıxaran ilk yapon şirkəti olacaq.

    Qeyd edək ki, iyun ayının əvvəllərində ABŞ-ın nüfuzlu "Goldman Sachs" və "Morgan Stanley" bankları da Frankfurtda ofis axtardıqlarını bildiriblər. Həmçinin, Yaponiyanın "Daiwa Securities" broker şirkəti Frankfurt və ya Dublində mərkəzi ofisini qurmaq istədiyini bildirib.

    Xatırladaq ki, bu həftə Britaniyanın maliyyə naziri Filip Hammond (Philip Hammond) və Britaniya Mərkəzi Bankının (BoE) sədri Mark Karni (Marc Carney) maliyyə xidmətləri sektorunu qorumaq üçün səfərbərlik elan ediblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi