Yuxarı
    Bağlamaq

    Yaponiya Mərkəzi Bankının qərarı dolları bahalaşdırıb

    Maliyyə bazarları FES-in qərarını gözləyir

    Bakı. 21 sentyabr. REPORT.AZ/ Yaponiya Mərkəzi Bankının (BOJ) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcələrini -0,1% həddində saxlanılmasına qərar verilib. 

    Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir. 

    Xatırladaq ki, BOJ mənfi faiz həddini 2016-cı ilin yanvar ayından etibarən tətbiq edir. Bundan başqa qurum monetar ekspansiya proqramı çərçivəsində dövlət istiqrazlarını bazardan geri alaraq pul kütləsini ildə 80 trln. yen (786,43 mlrd. ABŞ dolları) artırmaq qərarına gəlib.

    BOJ-un planlarına həmçinin maliyyə bazarına pul-kredit siyasətinin yeni alətini tətbiq etmək daxildir. Mərkəzi Bank bəyan edib ki, inflyasiyanın 2% hədəflənməsi fonunda 10 illik müddətə faiz həddini 0%-də saxlamağa çalışacaq.

    Bank həmçinin lazım gələrsə uçot dərəcələrini, uzun müddətli faiz hədəfini azalda biləcəyini, monetar ekspansiyanın həcmini artıra biləcəyini vurğulayıb. BOJ-un açıqlamalarından sonra yapon yeni dollarla müqayisədə ucuzlaşıb. Belə ki, investorlar BOJ-un heç bir qərar qəbul etməyəcəyini ehtimal edərək yenin möhkəmlənəcəyini gözləyirdilər. Amma, Tokioda yerləşən "Global-info Co" xarici valyuta araşdırma şirkətinin valyuta departamentinin müdiri Kaneo Oqinonun "Reuters"ə verdiyi açıqlamaya görə, investorlar BOJ-un qərarından sonra dollar almağa başlayıblar. Belə ki, JPY/USD məzənnəsi bu gün 101,08 səviyyəsindən 102,78 səviyyəsinə (1,7% artaraq) yüksəlib, hazırda isə 102,05 səviyyəsində qərarlaşıb.

    "Report"un analitik qrupu maliyyə bazarları iştirakçılarının bu gün ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcələri ilə bağlı qərarını gözlədiklərini və buna görə də aktivlərin qiymətində ciddi dəyişiklik olmadığını bildirir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi