Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb Bank 2020-ci ildə keçiriləcək olimpiadanın iqtisadi artımı dəstəkləyəcəyini bildirir
Maliyyə
31 Yanvar , 2017 12:48
Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Yaponiya Mərkəzi Bankı (BoJ) bu ilin ilk iclasında ultra-yumşaq monetar siyasətini dəyişdirməyib. "Report" "Vestifinance" saytına istinadən xəbər verir ki, bununla da BoJ 10 illik dövlət istiqrazları üzrə faiz dərəcəsini 0%, kommersiya banklarının Mərkəzi Bankda depozitləri üzrə faizləri isə -0,1% səviyyəsində saxlayıb. 

BoJ bunu kreditləşmə şərtlərinin uyğun olması, ixracın artması, o cümlədən 2020-ci ildə Tokioda keçiriləcək olimpiadaya görə dövlət və korporativ xərclərin artması ilə əsaslandırıb. Bank rəsmiləri qeyd edirlər ki, martin 31-də bitən maliyyə ilində Yaponiya iqtisadiyyatı 1,4% artım göstərəcək. Bu da 1% olan əvvəlki proqnozdan yuxarıdır. Bank 2017-ci il üçün 1,5%, 2018-ci il üçün isə 1,1% səviyyəsində iqtisadi artım gözlədiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi