Yaponiya Bankı faiz dərəcəsini mənfi səviyyədə saxlayıb

Yaponiya Bankı faiz dərəcəsini mənfi səviyyədə saxlayıb Yaponiya Bankı xarici iqtisadiyyatlardan gələn risklərə görə növbəti iclasda proqnozlara yenidən baxmağın zəruri olduğunu qeyd edərək faiz dərəcəsini yenidən mənfi səviyyədə (-0,1%) saxlayıb.
Maliyyə
19 Sentyabr , 2019 10:19
Yaponiya Bankı faiz dərəcəsini mənfi səviyyədə saxlayıb

Yaponiya Bankı xarici iqtisadiyyatlardan gələn risklərə görə növbəti iclasda proqnozlara yenidən baxmağın zəruri olduğunu qeyd edərək faiz dərəcəsini yenidən mənfi səviyyədə (-0,1%) saxlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə maliyyə tənzimləyicisinin sentyabr ayındakı iclasından sonra yaydığı bəyanatda bildirilir.

Qərar analitiklərin gözləntiləri ilə üst-üstə düşüb. Tənzimləyicinin yeddi üzvü mənfi faiz dərəcəsinin qorunmasının tərəfdarı olub, ikisi buna qarşı çıxıb.

Qeyd edək ki, Yaponiya Mərkəzi Bankı -0,1% səviyyəsində mənfi faiz dərəcəsini 2016-cı ilin yanvar ayında tətbiq edib və ölkədə, eləcə də digər ölkələrdə iqtisadiyyat və qiymətlər ətrafındakı vəziyyətin qeyri-müəyyən olmasını, habelə Yaponiyada istehlak vergisinin artmasını nəzərə alaraq bu faiz dərəcəsini uzun müddətə - azı 2020-ci ilin yazına qədər aşağı səviyyədə saxlamağı planlaşdırdığını qeyd edib. 

Son xəbərlər

Orphus sistemi