"YapıKredi Bank Azərbaycan" yeni kampaniya keçirir

"YapıKredi Bank Azərbaycan" yeni kampaniya keçirir İyunun 7-dək davam edəcək aksiya əmanət açan yeni müştərilərə aiddir
Maliyyə
8 May , 2015 14:35
YapıKredi Bank Azərbaycan yeni kampaniya keçirir

Bakı. 8 may. REPORT.AZ/ "YapıKredi Bank Azərbaycan" QSC yeni bir əmanət kampaniyası təklif edir. Belə ki, son 6 ay müddətində və ya daha əvvəl "YapıKredi Bank"da hər hansı bir əmanət yerləşdirməmiş müştərilər iyunun 7-dək minimum 1 min manat, maksimum isə 30 min manat məbləğində, 1 ay müddətinə əmanət yerləşdirən zaman illik 16% qazanacaqlar.

"Report"un verdiyi xəbərə görə, bu barədə Bankın yaydığı məlumatda bildirilir.

Hər bir müştəri kampaniyadan bir dəfə yararlana biləcək. Əmanətin vaxtından əvvəl ləğv edilməsi zamanı müştəriyə illik 0,25% ödəniləcək. Əmanət vergisi ilə bağlı "YapıKredi Bank Azərbaycan" hər hansı bir öhdəlik daşımır. 

Son xəbərlər

Orphus sistemi