“Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 2 dəfədən çox azalıb

“Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 2 dəfədən çox azalıb Bakı. 30 oktyabr. REPORT.AZ/ “Yapı Kredi Bank Azərbaycan QSC-nin aktivləri illik 24,1% artaraq 2018-ci il oktyabrın 1-nə 500 995 min manat təşkil edib.
Maliyyə
30 Oktyabr , 2018 17:05
“Yapı Kredi Bank Azərbaycanın xalis mənfəəti 2 dəfədən çox azalıb
Report.az

Bakı. 30 oktyabr. REPORT.AZ/ “Yapı Kredi Bank Azərbaycan" QSC-nin aktivləri illik 24,1% artaraq 2018-ci il oktyabrın 1-nə 500 995 min manat təşkil edib.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə bankın kredit portfeli illik 1,7% artaraq oktyabrın 172 340 min manata çatıb. Kredit portfelinin 54 225 min manat və ya 31,5%-nin vaxtı keçib.

Bu il oktyabrın 1-nə bankın cəmi öhdəlikləri 424 417 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,6% çoxdur. Bu müddətdə depozit portfeli də 31,5% artaraq 397 227min manat olub. Bildirək ki, Azərbaycan Mərkəzi Bankının banka qarşı tələbi yoxdur. 2018-ci il oktyabrın 1-nə bankın nizamnamə kapitalı 55 381 min manat, cəmi kapitalı 76 578 min manat olub.

Yanvar-sentyabr ayları ərzində bank 2 705 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə azalma deməkdir. Yanvar-sentyabr ayları ərzində bankın faiz gəlirləri 26 025 min manat, faiz xərcləri 3 788 min manat, qeyri-faiz gəliri 12 544 min manat, qeyri-faiz xərci 22 307 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi