“Yapı Kredi Bank Azərbaycan"ın aktivləri 8% azalıb

“Yapı Kredi Bank Azərbaycan"ın aktivləri 8% azalıb Bakı. 25 aprel. REPORT.AZ/ “Yapı Kredi Bank Azərbaycan QSC-nin aktivləri illik 8% azalaraq 2018-ci il aprelin 1-nə 411 090 min manat təşkil edib.
Maliyyə
25 Aprel , 2018 12:02
“Yapı Kredi Bank Azərbaycanın aktivləri 8% azalıb
Report

Bakı. 25 aprel. REPORT.AZ/ “Yapı Kredi Bank Azərbaycan" QSC-nin aktivləri illik 8% azalaraq 2018-ci il aprelin 1-nə 411 090 min manat təşkil edib.

“Report” bu barədə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə bankın kredit portfeli illik 27% azalaraq birinci rübün sonuna 100 386 min manata düşüb. Bankın kredit portfelinin 31%-i problemlidir. 

Aprelin 1-nə bankın cəmi öhdəlikləri 337 636 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% azdır. Buna baxmayaraq bu müddətdə depozit portfeli 5% artaraq 295 897 min manatdan 310 531 min manata yüksəlib. 2018-ci il aprelin 1-nə əsasən Azərbaycan Mərkəzi Bankının banka qarşı tələbi yoxdur. Ötən ilin eyni dövründə isə bankın AMB-yə 20 mln. manat öhdəliyi olub. 2018-ci il aprelin 1-nə bankın nizamnamə kapitalı 55 381 min manat, cəmi kapitalı 73 454 min manat olub.

Birinci rüb ərzində bank 660 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azalma deməkdir.

Yanvar-mart ayları ərzində bankın faiz gəlirləri 8 455 min manat, faiz xərcləri 1 525 min manat, qeyri-faiz gəliri 4 071 min manat, qeyri-faiz xərci 7 521 min manat təşkil edib. Bankın əməmliyyat mənfəəti 3 481 min manat olub ki, bundan da 2 519 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrııb. Nəticədə bankın vergiyə qədər mənfəəti 962 min manat olub. 

Son xəbərlər

Orphus sistemi