“Yapı Kredi Bank (Azerbaijan)” valyuta əmanətlərini ucuzlaşdırıb

“Yapı Kredi Bank (Azerbaijan)” valyuta əmanətlərini ucuzlaşdırıb Bakı. 20 fevral. REPORT.AZ/ “Yapı Kredi Bank (Azerbaijan)” QSC xarici valyutada qəbul etdiyi əmanətlərin faiz dərəcələrini azaldıb.Bu barədə “Repor...
Maliyyə
20 Fevral , 2017 12:43
“Yapı Kredi Bank (Azerbaijan)” valyuta əmanətlərini ucuzlaşdırıb

Bakı. 20 fevral. REPORT.AZ/ “Yapı Kredi Bank (Azerbaijan)” QSC xarici valyutada qəbul etdiyi əmanətlərin faiz dərəcələrini azaldıb.

Bu barədə “Report” Banka istinadən xəbər verir.

Məlumata görə, məsələn, hazırda “Yapı Kredi Bank (Azerbaijan)”da 1 il müddətinə ABŞ dolları ilə yerləşdirilən əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 1-1,25% divident vəd edilir. İndiyə qədər Amerika valyutası üzrə illik gəlirlilik 1,5-2% olub.

Bundan başqa, Bank 1 il müddətinə avro ilə qəbul edilən əmanətlərə görə faizlərin ödənilmə tezliyindən asılı olaraq 0,5-0,75% divident vəd edir. Halbuki indiyə qədər avro üzrə illik gəlirlilik 1% olub.

Xatırladaq ki, "YapiKredi Bank Azerbaijan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 46 810 703,9 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 0,02 manat olan 2 340 535 194 səhm əsasında formalaşıb. Səhmlərin 99,8%-i Türkiyənin "YapıKredi Bank"ına, 0,01%-i "YapıKredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "YapıKredi Finansal Kiralama" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi