Yanvar ayında Azərbaycanda depozitlər üzrə dollarlaşma artmaqda davam edib

Yanvar ayında Azərbaycanda depozitlər üzrə dollarlaşma artmaqda davam edib Əmanətlər və kreditlər üzrə dollarlaşma dərəcəsi cüzi azalma göstərib
Maliyyə
8 Mart , 2018 14:07
Yanvar ayında Azərbaycanda depozitlər üzrə dollarlaşma artmaqda davam edib

Bakı. 8 mart . REPORT.AZ/ Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2018-ci il yanvarın 1-nə 66,26% təşkil edib. Yanvar ayında bu göstərici 66,5%, dekabr ayında bu göstərici 68,99%, ötən il fevralın 1-nə bu göstərici 81,25% olub.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, cəmi depozit bazasında dollarlaşma dərəcəsi fevralın 1-nə 73,67% olub. 

Keçən ay bu göstərici 72,4%, dekabrın 1-nə 72,08%, 2017-ci ilin fevralın 1-nə 77,76% təşkil edib.

Kreditlərin strukturunda isə dollarlaşma dərəcəsi 2018-ci il fevralın 1-nə 40,8% təşkil edib. Yanvarın 1-nə dollarlaşma dərəcəsi 40,86 %, ötən il fevralın 1-nə 49,67%-ə bərabər olub. 

Son xəbərlər

Orphus sistemi