Xaricilərin Azərbaycan banklarındakı əmanətləri azalmağa başlayıb

Xaricilərin Azərbaycan banklarındakı əmanətləri azalmağa başlayıb Bakı. 24 avqust. REPORT.AZ/ Bu ilin iyun ayı ərzində qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarındakı əmanətlərinin həcmi 5,2 mln. manat və ya 0,7% azalaraq iyulun 1-nə 730,3 mln. manat təşkil edib.
Maliyyə
24 Avqust , 2018 11:37
Xaricilərin Azərbaycan banklarındakı əmanətləri azalmağa başlayıb
0 : 00
0 : 00

Bakı. 24 avqust. REPORT.AZ/ Bu ilin iyun ayı ərzində qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarındakı əmanətlərinin həcmi 5,2 mln. manat və ya 0,7% azalaraq iyulun 1-nə 730,3 mln. manat təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının(AMB) aylıq hesabatına istinadən xəbər verir.

Azalma əsasən xarici valyutada yerləşdirilən əmanətlərdə qeydə alınıb. Qeyri-rezindetlərin iyun ayı ərzində manatla əmanətləri isə əksinə artıb.

Hesabata əsasən, illik müqayisədə isə əmanətlərin həcmində 83,7 mln. manat və ya 10,3% azalma qeydə alınıb.

İyulun 1-nə əsasən, qeyri-rezidentlərin banklardakı əmanətlərinin 650,6 mln. manat və ya 89%-i xarici, 79,7 mln. manat və ya 11%-i milli valyutada yerləşdirilib.

Bildirək ki, 2018-ci il iyun ayının sonuna əsasən, fiziki şəxslərin banklardakı cəmi əmanətlərinin 7 379,0 mln. manat və ya 91%-i rezidentlər, 730,3 mln. manat və ya 9%-i qeyri-rezidentlər tərəfindən yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi