Xaricdə Azərbaycan folkloru nümunələrindən kommersiya üçün istifadə haqqı dövlət tərəfindən tənzimlənəcək

Xaricdə Azərbaycan folkloru nümunələrindən kommersiya üçün istifadə haqqı dövlət tərəfindən tənzimlənəcək Siyahıya Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqq da daxildir
Maliyyə
16 Dekabr , 2017 08:20
Xaricdə Azərbaycan folkloru nümunələrindən kommersiya üçün istifadə haqqı dövlət tərəfindən tənzimlənəcək

Bakı. 16 dekabr. REPORT.AZ/ “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı” genişləndirilib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında qeyd olunurb.

Dəyişikliyə görə, siyahıya aşağıdakı məzmunda 44-47-ci hissələr əlavə edilib:

44. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Azərbaycan Respublikası- nın Müəllif Hüquqları Agentliyinə ödədiyi illik haqq

45. Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqq

46. Nəzarət markasının alınmasına görə haqq

47. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə haqq.

Son xəbərlər

Orphus sistemi