"Xalq Sığorta" nizamnamə kapitalını artırıb

"Xalq Sığorta" nizamnamə kapitalını artırıb Bu, şirkətin səhmlərinin nominal dəyərinin artırılması hesabına baş tutub
Maliyyə
24 Oktyabr , 2016 16:03
Xalq Sığorta nizamnamə kapitalını artırıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Xalq Sığorta" ASC nizamnamə kapitalını 6 872 700 manat və ya 21,14% artıraraq 39 388 700 manata çatdırıb.

"Report" xəbər verir ki, kapital artımı şirkətin dövriyyədə olan 7,39 mln. səhminin nominal dəyərinin 4,4 manatdan 5,33 manata qədər artırılması hesabına baş tutub.

Xatırladaq ki, "Xalq Sığorta" şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Onun səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi