“Xalq Sığorta”nın xalis mənfəəti 49% artıb

“Xalq Sığorta”nın xalis mənfəəti 49% artıb “Xalq Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 58,951 mln. manat təşkil edib.
Maliyyə
20 Mart , 2019 11:22
“Xalq Sığorta”nın xalis mənfəəti 49% artıb

“Xalq Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 58,951 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,4% çoxdur.

2018-ci ildə “Xalq Sığorta”nın cəmi öhdəlikləri 56,5% artaraq 10,48 mln. manata, cəmi kapitalı isə 4,9% artaraq 48,471 mln. manata, o cümlədən nizamnamə kapitalı isə 3,37% artaraq 46,188 mln. manata çatıb.

Ötən il “Xalq Sığorta”nın gəlirləri 13,099 mln. manat (əvvəlki ilə nisbətən 7,4% çox), xərcləri 10,276 mln. manat (0,4% az), mənfəət vergisi ödəmələri isə 572 min manat (51,7% çox) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 2,25 mln. manat xalis mənfəətlə başa vurub ki, bu da 2017-ci illə müqayisədə 49,3% çoxdur.

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Şirkətin səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi